OXUCULARIN NƏZƏRİNƏ!Əziz oxucular! Bizim saytımızda sizə uzaq məsafədən sifariş xidməti də təklif edilir. * * * Kitabxananın üzvü olan hər bir oxucu bu bölməyə daxil olmaqla kitabxanaya gəlmədən, iş və ya yaşayış yerindən ayrılmadan İNTERNET vasi-təsilə kitab, jurnal və qəzet sifariş verə bilər. * * * Bunun üçün siz saytımızın BİZƏ YAZIN bölməsinə daxil olaraq istədiyiniz kitabların, dissertasiyaların, jurnalların və s. nəşrlərin elektron variantını sifarış verə bilərsiniz. Bundan əlavə siz elektron kitabxana, elektron kataloq internet xidmətindən də istifadə edə bilərsiniz. * * * |
Xocalı rayon Mərkəzləşdirilmiş Kitabxana sistemi![]() Xocalı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi 2012-ci ildən Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərir. Onun tərkibinə Mərkəzi Kitabxana və 14 kitabxana filialları daxildir.
Kosalar kəndindəki 2 kitabxana, Yaloba kənd Mədəniyyət evində, Kərkicahan qəsəbə kitabxanası Kərkicahan qəsəbə klubunda yerləşir. Cəmilli kənd kitabxanası Cəmilli İcra nümayəndəliyində, Meşəli qəsəbə kitabxanası isə Meşəli qəsəbəsindəki kitabxana binasında yerləşir. Digər kitabxanalar isə şəxsi evlərdə fəaliyyət göstərirlər. Yeni salınmış qəsəbələrdə 3 kitabxana fəaliyyət göstərir. (Aşağı Ağcakənd, Börü və Meşəli). Kitabxanalardan 4-ü tam təmirlidir (Cəmilli, Kərkicahan, MKS və Meşəli kitabxanaları). 11 kitabxananın təmirə ehtiyacı vardır. Rayon üzrə bütün kitabxanalar istilik sistemi ilə təchiz edilmişdir. Mərkəzləşdirilmiş Kitabxana Sisteminin maliyyələşməsi Mədəniyyət və Turizm şöbəsi tərəfindən, kənd kitabxanalarının maliyyləşməsi isə kənd icra nümayəndəlikləri tərəfindən ödənilir. Rayon üzrə oxucu sayı 4700 nəfər, daimi oxucu sayı isə 3480 nəfər təşkil edir. Kitabxanalarda rayon üzrə 50294 ədəd kitab vardır. Bunlardan 23567 ədədi kiril əlifbalı, 26727 ədədi isə latın qrafikalı kitablardan ibarətdir. Müxtəlif illərdə rayon kitabxanalarına gətirilən kitabların sayı aşağıdakı kimidir: - 2005-2006-cı illərdə 12010 ədəd. - 2007-2008-ci illərdə 9575 ədəd. - 2009-2010-cu illərdə 4000 ədəd. - 2011-ci ildə isə 1142 ədəd kitab kitabxanalara verilmişdir. Xocalı şəhidləri muzeyi![]() Xocalı şəhidlərini əks etdirən muzey 26 fevral 2010- cu ildən Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsi, Xocalı küçəsinin kəsişməsindəki küçədə 95 nömrəli evdəyerləşir. Muzeyin sahəsi 62 kvm – dir. Muzeydə müxtəlif növ eksponatlar vardır. 16 ədəd "Xocalı soyqırımı"na aid fotoşəkillər, 7 ədəd
Xocalı xatirələrini əks etdirən fotoşəkillər, 12 ədəd Milli Qəhrəmanlarımızın şəkilləri, rayon üzrə şəhid olanların şəkilləri 96 ədəd (22- si polis şəkilləri), Xocalı rayonunu inzibati xəritəsi və Xocalı şəhərinin planı 1 ədəd, 26 fevral Xocalı soyqırımını əks etdirən 1 ədəd böyük stend, Bakı şəhərindəki Xocalı abidəsini əks etdirən böyük 1 ədəd stent vardır. Muzeyə il ərzində orta hesabla 2500 nəfər ziyarətə gəlir, bunlardan il ərzində orta hesabla 700 nəfəri məktəblilərdən ibarətdir. Muzeydə xatirə kitabı açılmışdır. Bu vaxta qədər 18 nəfər rəsmi qonaqlar öz ürək sözlərini və təkliflərini xatirə kitabına yazmışlar. Muzeyin ümumi vəziyyəti normaldır və təmirə ehtiyacı yoxdur. Yaloba kənd Tarix diyarşünaslıq muzeyi![]() 1991-ci ildən etibarən Yaloba kənd Tarix diyarşünaslıq muzeyi fəaliyyət göstərir. Muzeyin sahəsi 70 kvm-dir. Muzeydə 10 işci çalışır. Ümumilikdə muzeydə 1200 ədəd müxtəlif növ eksponatlar vardır. Bunlardan 70-i maddi-məişət əşyaları, Heydər Əliyev bölməsi, Şəhidlərlə bağlı bölmə, Milli qəhrəmanlarla bağlı bölmə, Müstəqilliklə bağlı bölmə, 50 ədəd müxtəlif növ qəzetlər və 40 ədəd kitablar vardır. İl ərzində orta hesabla muzeyi 2500 nəfərdən çox insanlar ziyarət edir.
Xocalı şəhər 4 №li tam orta məktəbin kitabxanası![]() Xocalı şəhər 4 №li tam orta məktəbin kitabxanası 15.09.2003-cü ildən Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində yaradılmışdır. Kitabxana otağının sahəsi 20 kvm-dir. Kitabxana fərdi qazanxana ilə qızdırılır və heç bir təmirə ehtiyac yoxdur. Məktəbin kitabxanasında 1 nəfər işçi
çalışır. Kitabxanada 3840 ədəd kitab, o cümlədən 2840 ədəd dərslik və 1000 ədəd bədii ədəbiyyat vardır. Kitabxanada oxucu müəllim sayı 28 nəfər, oxucu şagird sayı 206 nəfərdir. Bunlardan 16 nəfər müəllim və 173 nəfər şagird daimi oxuculardır. Kitabxananın maliyyələşməsi Xocalı rayon Təhsil Şöbəsi vasitəsi ilə həyata keçirilir. Xocalı rayon Uşaq musiqi məktəbləri haqqında![]() 1 saylı uşaq musiqi məktəbi:
Uyğunlaşdırılmış binada fəaliyyət göstərir. Yerləşdiyi ünvan: Goranboy rayonu Müəllimlərin sayı: 38 nəfər, texniki işçilər 5 nəfər, şagirdlər 137 nəfər. Qəbul 25, buraxılış 27 nəfər. Tədris şöbələri: Tar, qarmon, F-no, səs, nağara, xor kollektivi. Nailiyyətləri: Ümumrespublika üzrə keçirilən festivallarda müxtəlif yerlərə layiq görülmüşlər. 2 saylı uşaq musiqi məktəbi Uyğunlaşdırılmışbinada fəaliyyət göstərir. Yerləşdiyi ünvan: Bakı şəhər Pirşağı qəsəbəsi Müəllimlərin sayı 25,texniki işçilər 2, şagirdlər 162 nəfər. Qəbul 22, buraxılış 35 nəfər. Tədris şöbələri: Tar, qarmon, F-no, səs, nağara, kamança. 3 saylı uşaq musiqi məktəbi Yeni tikilmiş inzibati binada fəaliyyət göstərir. Yerləşdiyi ünvan: Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsi. Müəllimlərin sayı 35, texniki işçilər 1, şagirdlər 129. Qəbul 27, buraxılış 9 nəfər. Tədris şöbələri: Tar, qarmon, F-no, səs, nağara, kamança, saz. |
Xocali rayon MKS-in
|
Ünvan: Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsi, Telefon: (+994 2224) 7 46 53
Bütün hüquqları qorunur. © Xocali MKS - 2012
Bütün hüquqları qorunur. © Xocali MKS - 2012