“20 Yanvar Ümumxalq Hüzn günü ”
18 yanvar tarixində Xocalı rayon Mədəniyyət evində Ümumxalq hüzn günü ilə əlaqədar olaraq “Hüzn və Şərəf günü” başlığı altında anım günü keçirildi. İlk öncə tədbir iştirakçıları tərəfindən 1990-cı il 20 Yanvar tarixində şəhid olmuş Azərbaycan övladlarının ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə rayon icra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov şəhidlərimizə uludan rəhmət dilədi və “Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 23 il keçir. Keçmiş sovet dövlətinin hərb marşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. 20 Yanvar - 1990-da SSRİ Prezidenti Mixail Gorbaçovun göstərişi ilə Sovet Ordusu hissələri həm quru, həm dəniz yolu ilə Bakı şəhərinə həmlə edərək 100 - dən artıq silahsız insanı qətlə yetirdi.: “Faciə törədildi, günahsız insanlar şəhid oldular... Heç zaman unudulmayacaq o gündən 23 il keçməsinə baxmayaraq, hərdən düşünürəm: görəsən, insanlar belə bir dəhşətli faciənin törədiləcəyini bilsəydilər, yenidən küçələrə axışardılarmı? Bunun cavabını elə o dövrdə - şəhidlərin dəfni zamanı bütün qoyulan qadağalara baxmayaraq, Azadlıq meydanından Dağüstü parka, indiki Şəhidlər xiyabanınadək uzanan insan axını, qorxu, hürkü bilməyən izdiham vermişdi. Cənab başçının çıxışından sonra rayon Prokroru ve bir sıra idarə və müəssisə rəhbərləri çıxış etdilər Tədbirin sonunda rayon saylı tam orta məktəbim şagirdləri şer kompozisyaları ilə tədbiri yekunlaşdırdılar

"26 Fevral Xocalı faciəsi"
Xocalı faciəsi ilə əlaqədar Fevral ayının 26-da Xocalı rayonundan olan Məcburi Köçkünlər üçün müvəqqəti məskunlaşdığı ərazi olan Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində şəhidlərin ruhunu yad eləmək üçün yeni tikilmiş Xocalı büstünü Xocalı ziyalıları və Xocalı sakinləri yad ediblər. Mərasimdə Xocalı İHB-nın müavini Vahid Əliyev cənabları çıxış edərək şəhidlərimizə uludan rəhmət dilədi və ruhları qarşısında baş əydi. Çıxış edərək Tarixi mənbələrdə 613 nəfərin ölümü, 1275 nəfərin əsir və 150 nəfərinin itkin düşməsi ilə nəticələnən Xocalı faciəsi 1992-cu il fevralın 25-dən 26-a keçən gecə baş verib.Hadisənin törədicisi kimi Rusiya və Ermənistan Silahlı Qüvvələrinin birgə adı çəkilir.
Bu kütləvi qırğının “soyqırım” kimi tanınması üçün azərbaycanlıların Ağ Ev saytında imzaladığı petisiyaya da çərşənbə axşamı rəsmi cavab gəlib.
“Prezidentin bu barədə müraciəti olmasa da, ABŞ Ermənistanla Azərbaycan arasındakı müharibə zamanı insan həyatlarının itirilməsinə dərin təəssüf hissi keçirir”. Çıxışından sonra büstə əhali gül qoyaraq şəhidləri yad eləyib və sonda rayon əhalisi səhidlərin ruhu üçün verilən ehsan süfrəsinə dəvət alıblar.

" YURDUMUZA BAHAR GƏLİR"
Novruz Bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Elə bu məqsədlə də 19 mart 2014-cü il tarixdə Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində Xocalı rayon İcra Hakimiyyətinin, Rayon Mədəniyyət və Turizm şöbəsinin birgə təşkilatçılığı ilə ümumrayon “Novruz şənliy”i keçirilmişdir. Şənlik bayram tonqalının yandırılması ilə başlamışdır.Tədbirdə milli adət-ənənəmizə uyğun olaraq şirniyyat boğçaları, Novruzun rəmzi sayılan səməni və digər atributlar yer almışdır. Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin Başçısı Şahmar Usubov, xalqımızın milli bayramı olan Novruz Bayramı münasibətilə rayon sakinlərini təbrik edərək, Novruzun adət-ənənələrindən, taixi keçmişindən söhbət açmışdır. Həmçinin rayon İcra Hakimiyyətinin Başçısı bildirmişdir ki, Sovet dövründə Novruz Bayramı qeyri-rəsmi qeyd olunurdu, çünki hökumət orqanları buna icazə vermirdilər və insanları təqib edirdilər. Ancaq bütün bunlara baxmayaraq, əsrlərdən qalmış ənənələrə sadiq olaraq, hər bir azərbaycanlı ailəsi bu bayramı qeyd edirdi.Və bunun nəticəsidir ki, bu gün də Azərbaycan xalqı öz tarixi, milli adət-ənənəsini qoruyaraq, bu bayramı böyük sevinc və qürurla qeyd edir, amma daha qorxaraq, çəkinərək, gizli şəkildə deyil, açıq-aşkara. Bunun da səbəbkarı Ulu Öndərimiz Heydər Əliyev olmuşdur. Çünki məhz o, Azərbaycanı müstəqil bir Dövlətə çevirmiş, öz bayramını sərbəst şəkildə keçirtməyinə şərait yaratmışdır. Rayon Başçısı Ulu Öndərimizin Azərbaycan xalqının tarixi adət-ənənələrinə göstərdiyi diqqət və qayğıdan danışaraq, hazırda da cənab Prezidentimiz İlham Əliyevin bunu layiqincə davam etdirdiyini bildirmişdir. Sonra tədbir mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə geniş bayram konserti ilə davam etdirilmişdir.
Ünvan: Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsi, Telefon: (+994 2224) 7 46 53
Bütün hüquqları qorunur. © Xocali MKS - 2012
Bütün hüquqları qorunur. © Xocali MKS - 2012