Xocalı Mədəniyyət və Turizm Şöbəsi
Xocalı Mərkəziləşdirilmiş Kitabxana Sistemi
Bizi izləyin
  • Baş səhifə
  • Şöbə haqqında
  • Haqqımızda
  • Tədbirlər
  • E-kataloq
  • Bizə yazın
  • Foto Qalareya


Picture
RAYONUMUZ HAQQINDA
Picture
XOCALI FACİƏSİ
Picture
Azərbaycan haqqında
Picture
Mədəniyyət və Turizm Nazirliyi
Picture
Xocalı rayon İcra Hakimiyyəti
Picture
Xocalı Mədəniyyət və Turizm şöbəsi

BU ZÜLMÜ KİM DAYANDIRACAQ?

Picture

Xocalı soyqırımı haqqında faktlar -kompüterinə köçür və paylaş!

Picture

MƏDƏNİYYƏT


Xocalı şəhidlərini əks etdirən muzey, Tarixdiyarşünaslıq muzeyi və kitabxanalar haqqında

Xocalı şəhidlərini əks etdirən muzey 26 fevral 2010- cu ildən Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsi, Xocalı küçəsinin kəsişməsindəki küçədə 95 nömrəli evdə yerləşir. Muzeyin sahəsi 62 kvm – dir. Muzeydə müxtəlif növ eksponatlar vardır. 16 ədəd xocalı soyqırımına aid fotoşəkillər, 7 ədəd Xocalı xatirələrini əks etdirən fotoşəkillər, 12 ədəd Milli Qəhrəmanlarımızın şəkilləri, rayon üzrə şəhid olanların şəkilləri 96 ədəd (22- si polis şəkilləri), Xocalı rayonunu inzibati xəritəsi və Xocalı şəhərinin planı 1 ədəd, 26 fevral Xocalı soyqırımını əks etdirən 1 ədəd böyük stent, Bakı şəhərindəki Xocalı abidəsini əks etdirən böyük 1 ədəd stent vardır.

Muzeyə il ərzində orta hesabla 2500 nəfər ziyarətə gəlir, bunlardan il ərzində orta hesabla 700 nəfəri məktəblilərdən ibarətdir. Muzeydə xatirə kitabı açılmışdır. Bu vaxta qədər 18 nəfər rəsmi qonaqlar öz ürək sözlərini və təkliflərini xatirə kitabına yazmışlar. Muzeyin ümumi vəziyyəti normaldır və təmirə ehtiyacı yoxdur.

Rayonda 1 Mərkəzi Kitabxana və 14 kitabxana filialları fəaliyyət göstərir. Mərkəzi Kitabxana 2012- ci ildən Aşağı Ağcakənd qəsəbəsində fəaliyyətdədir. Kosalar kəndindəki 2 kitabxana Yaloba kənd Mədəniyyət evində, Kərkicahan qəsəbə kitabxanası Kərkicahan qəsəbə klubunda, Cəmilli kitabxanası Cəmilli İcra nümayəndəliyində, Meşəli kitabxanası Meşəli qəsəbəsindəki kitabxana binasında yerləşir. Digər kitabxanalar isə şəxsi evlərdə fəaliyyət göstərirlər.

Yeni salınmış qəsbələrdə 3 kitabxana fəaliyyət göstərir. (Aşağı Ağcakənd, Börü və Meşəli). Kitabxanalardan 4- ü tam təmirlidir (Cəmilli, Kərkicahan, MKS və Meşəli kitabxanaları). 11 kitabxananın təmirə ehtiyacı vardır. Rayon üzrə bütün kitabxanalar istilik sistemi ilə təchiz edilmişdir. Mərkəzləşmiş Kitabxana Sisteminin maliyyələşməsi Mədəniyyət və Turizm şöbəsi tərəfindən, kənd kitabxanalarının maliyyləşməsi isə kənd icra nümayəndəlikləri tərəfindən ödənilir. Rayon üzrə oxucu sayı 4700 nəfər, daimi oxucu sayı isə 3480 nəfər təşkil edir. Kitabxanalarda rayon üzrə 50294 ədəd kitab vardır. (Bunlardan 23567 ədəd kiril, 26727 ədəd isə latın qrafikalı kitablardan ibarətdir).

Müxtəlif illərdə rayon kitabxanalarına gətirilən kitabların sayı aşağıdakı kimidir:


  - 2005- 2006- cı illərdə 12010 ədəd. 

 - 2007- 2008 –ci illərdə 9575 ədəd.
  - 2009- 2010- cu illərdə 4000 ədəd.
- 2011-ci ildə isə 1142 ədəd kitab 

kitabxanalara verilmişdir.

1991-ci ildən etibarən Yaloba kənd Tarixdiyarşünaslıq muzeyi fəaliyyət göstərir.Muzeyin sahəsi 70 kvm-dir.Muzeydə 10 işci çalışır.Ümumilikdə muzeydə 1200 ədəd müxtəlif növ eksponatlar vardır.Bunlardan 70-i maddi-məişət əşyaları,Heydər Əliyev bölməsi,Şəhidlərlə bağlı bölmə,Milli qəhrəmanlarla bağlı bölmə, Müstəqilliklə bağlı bölmə,50 ədəd müxtəlif növ qəzetlər və 40 ədəd kitablar vardır.İl ərzində orta hesabla muzeyi 2500 nəfərdən çox insanlar ziyarət edir.

Xocalı şəhər 4 №li tam orta məktəbinin kitabxanası haqqında

Xocalı şəhər 4 №li tam orta məktəbinin kitabxanası 15.09.2003-cü ildən Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində yaradılmışdır.Kitabxana otağının sahəsi 20 kvm-dir.Kitabxana fərdi qazanxana ilə qızdırılır və heç bir təmirə ehtiyac yoxdur.Məktəbin kitabxanasında 1 nəfər işçi çalışır.Kitabxanada 3840 ədəd kitab, o cümlədən 2840 ədəd dərslik və 1000 ədəd bədii ədəbiyyat vardır.Kitabxanada oxucu müəllim sayı 28 nəfər, oxucu şagird sayı 206 nəfərdir.Bunlardan 16 nəfər müəllim və 173 nəfər şagird daimi oxuculardır.Kitabxananın maliyyələşməsi Xocalı rayon Təhsil Şöbəsi vasitəsi ilə həyata keçirilir.

Xocalı rayon uşaq musiqi məktəbləri haqqında ümumi Məlumat.

1 saylı uşaq musiqi məktəbi:

Uyğunlaşdırılmış binada fəaliyyət göstərir.
Yerləşdiyi ünvan:Naftalan şəhər.(Goranboy rayonu ərazisində yeni salınmış Xocalılar üçün binalar istifadəyə veriləndən sonra musiqi məktəbi yüksək standartlara cavab verən yeni qəsəbədəki müasir məktəbə köçürüləcəkdir).
Müəllimlərin sayı 38 nəfər,texniki işçilər 5 nəfər,şagirdlər 137 nəfər. Qəbul 25,buraxılış 27 nəfər
Tədris şöbələri: Tar,qarmon, F-no,səs, nağara,xor kollektivi.
Nailiyyətləri:Ümumrespublika üzrə keçirilən festivallarda müxtəlif yerlərə layiq görülmüşlər.

2 saylı uşaq musiqi məktəbi

Uyğunlaşdırılmış binada fəaliyyət göstərir.
Yerləşdiyi ünvan: Bakı şəhər Pirşağı qəsəbəsi
Müəllimlərin sayı 25,texniki işçilər 2,şagirdlər162 nəfər.Qəbul 22,buraxılış 35 nəfər.
Tədris şöbələri: Tar,qarmon,F-no,səs,nağara,kamança.

3 saylı uşaq musiqi məktəbi

Yeni tikilmiş inzibati binada fəaliyyət göstərir.
Yerləşdiyi ünvan: Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsi.
Müəllimlərin sayı 35, texniki işçilər 1,şagirdlər 129.Qəbul 27,buraxılış 9 nəfər.
Tədris şöbələri: Tar,qarmon ,F-no,səs,nağara, kamança,saz.
 

меню для ucoz

Keçidlər

Picture
Ümummilli lider Heydər Əliyev
Picture
Azərbaycan Respublikasının Prezidenti
Picture
Zərifə xanım Əliyeva
Picture
Azərbaycanın birinci xanımı
Picture
Heydər Əliyev Fondu
Picture

Ünvan: Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsi, Telefon: (+994 2224) 7 46 53
Bütün hüquqları qorunur. © Xocali MKS - 2012
Powered by Create your own unique website with customizable templates.