Xocalı Mədəniyyət və Turizm Şöbəsi
Xocalı Mərkəziləşdirilmiş Kitabxana Sistemi
Bizi izləyin
  • Baş səhifə
  • Şöbə haqqında
  • Haqqımızda
  • Tədbirlər
  • E-kataloq
  • Bizə yazın
  • Foto Qalareya

XOCALI RAYONU HAQQINDA ÜMUMİ MƏLUMAT

Picture
Xocalı rayonu 1991-ci il noyabr ayının 26-da Azərbaycan  Respublikasının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV, 1923-1991) Əsgəran rayonunun bazasında yaradılmışdır. Xocalı Dağlıq Qarabağda əhalisinin  sayına görə ikinci (Şuşadan sonra) azərbaycanlı rayonu idi. Rayonun ərazisi  1991-1992-ci illərdə erməni silahlı quvvələri tərəfindən işğal olunub. Rayonun  mərkəzi - Xocalı şəhəri - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni  silahlı qüvvələrinin tərətdiyi dəhşətli soyqırımı nəticəsində yerlə-yeksan
  edilib. Xocalının qədim Tarixi - Azərbaycan torpaqları müasir sivilizasiyanın
  inkişafa başladığı ən qədim yaşayış məskənidir. Azərbaycan xalqı zəngin və
özünəməxsus mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaratmışdır. Yerli və
xarici alimlər, etnoqraflar tədqiqatlarında bildirmişlər ki, Azərbaycan
  tarixinin öyrənilməsində Xocalı mədəniyyətinin tədqiqi mühüm əhəmiyyətə
malikdir. Xocalı başdan-başa tarixi-memarlıq abidələri diyarıdır. Buna misal
  olaraq miladdan əvvəl XIII-VII əsrlərə aid Xocalı-Gədəbəy mədəniyyət
  abidələrini, son Tunc və ilk Dəmir dövrlərinə aid Nekropolu, Kurqan çölünü,
  eramızın IV-VII əsrlərinə aid kilsələri, XIV əsrə aid Xocalıda Hacı Əli
  günbəzini, 1356-cı ildə inşa olunmuş dairəvi türbəni, XVIII əsrdə tikilmiş
Əsgəran qalasını və onlarca başqalarını göstərmək olar.

 Azərbaycanda Kiçik Qafqaz dağ və dağətəyi rayonlarında,
  Kür-Araz çayları arasında son Tunc və ilk Dəmir dövrlərinə aid arxeoloji
  mədəniyyət Xocalı-Gədəbəy mədəniyyəti abidələri adlandırılır. Xocalı-Gədəbəy
  mədəniyyət abidələri emalatxanalar, qəbirlər və ibadətgahlardan ibarətdir.
  Mədəniyyətin yayıldığı ərazidə misəritmə kürələri, mis və tunc məmulatları
hazırlayan emalatxanaların qalıqları, çaxmaq daşından alət və silahların
  istehsal tullantıları aşkar edilmişdir. Buradan Neolit dövründə yaşayan
  insanlara aid əmək alətləri də tapılmışdır. Torpaq, daş qutu qəbirlər və
kurqanlarda ölülər bükülü, uzadılmış, oturdulmuş vəziyyətdə dəfn olunmuşdur.
  Qəbirlərin keramikası demək olar ki, eynidir. Qəbirlərdən tunc, qılınc,
  təbərzin, toppuz, ox, yaba, xəncər, nizə ucluğu, bardak, qazan, cilov,
  bilərzik, üzük, sümükdən hazırlanmış bəzək əşyaları, gildən və daşdan
  hazırlanmış müxtəlif məmulatlar aşkar edilmişdir.

 Bu faktlar sübüt edir ki, Xocalı Azərbaycanın ən qədim
yaşayışməskənlərindən biridir. Keçmiş SSRİ-nin tanınmış etnoqraf alimləri və
yerli etnoqraflar qədim dövrə aid abidələri daha çox Xocalı və Xankəndi
yaxınlığında apardıqları tədqiqatlar zamanı tapmışlar. Onlar arxeoloji
qazıntılar zamanıkurqanlara, qəbir daşlarına və müxtəlif yaşayış məskənlərinə
rast gəliblər. Qədim Xocalı qəbiristanlığındakı 11 saylı kurqandan tapılan
muncuqlar, üzərindəeramızdan əvvəl 1307-1275-ci illərdə Assuriya çarı
Adadnirariyə aid mixi yazılar, eləcə də müxtəlif çeşidli bəzək əşyaları, saxsı
qablar, şüşə muncuqlar yerli sakinlərin Şərq ölkələri ilə geniş iqtisadi-mədəni
əlaqələrindən xəbər verir. Azərbaycanın Kiçik Qafqaz dağ və dağətəyi
ərazilərində eramızdan əvvəl XIII-VII əsrlərdə yayılmış arxeoloji mədəniyyət ilk
dəfə Xocalı yaşayışməskənində və Gədəbəy rayonunda tətbiq olunduğundan bu
abidələr Xocalı-Gədəbəy mədəniyyəti nümunələri adlandırılır. Alimlər sübut
ediblər ki, Xocalı-Gədəbəy mədəniyyəti son Tunc və erkən Dəmir dövrlərinin
xarakterik xüsusiyyətlərini özündə cəmləşdirir. Qəbirlərdən tunc, qılınc, nizə
ucluğu, silahlar, ox, yaba, təbərzin, toppuz, bilərzik, sümükdən hazırlanmış
bəzək əşyaları, gildən vədaşdan hazırlanmış müxtəlif əşyalar aşkar edilmişdir.
Aparılan toponimik araşdırmalar göstərir ki, xalqımızın uzaq keçmişindən tutmuş
bu gününədək olan məşğuliyyəti Xocalı toponimiyasında da öz əksini tapmışdır.

 İ.M.Dyakonov, M.Kalankatlı və M.Xorenli öz əsərlərində
Qafqaz Albaniyasının Xocalı rayonu ərazisinə aid Qarqar düzünü Qafqaz
  tayfalarından olan Qarqarların adı ilə bağlayırlar. Onlar alban əlifbasının
  qarqarların dili əsasında tərtib olunduğu ehtimalını da irəli sürüblər. Hazırda
  Qarqar Xocalıda yerləşən dağ silsiləsidir. Qafqaz Albaniyası dövrünü tədqiq
  edən alimlərdən K.V.Trever III əsrdə Albaniyada Qarqar düzü adlı yerin olduğunu
  söyləyib. Adı Qafqaz Albaniyasının Qarqar tayfasından götürülmüş Qarqar çayı
  Şuşa, Xocalı, Ağdam, Ağcabədi rayonları ərazisində, Kür çayının hövzəsindədir.
Ətraf rayonlar bu çaydan suvarmada geniş istifadə edirdi. Qarqar düzü və Qarqar
  dağ silsiləsi adlanan ərazi də Xocalı rayonunun ərazisində yerləşən dağ
silsiləsidir və Qafqaz tayfalarından olan qarqarların adı ilə bağlıdır.
  Qarqarlar, utilər, albanlar və digər türkdilli xalqlarla birgə Qarabağın qədim
  sakinləri hesab olunurlar. Yunan coğrafiyaşünas alimi Strabon qarqarlarınŞimali
Qafqazda yaşadıqlarını göstərmişdir. Heç bir alim və tədqiqatçı, hətta tarixin
atası hesab olunan Heredot, coğrafiyaşünas Strabon, M.Kalankatlı beləQarabağ
ərazisində erməni toponimini, mədəniyyətini, yaşayış tərzini xatırladan mənbə
göstərməyiblər. M.Xorenli və M.Kalankatlı alban əlifbasının qarqarların dili
əsasında tərtib olunduğunu etiraf etmişlər. Hətta şərqşünas V.V.Bartold
  XVIII-XIX əsrə aid mənbələrdə Orta Qazaxıstanda və Tyan-Şanda Qarqar adlı
toponimlərin olduğunu deyib. Tarix boyu Azərbaycan xalqının yaratdığı Manna,
Midiya, Albaniya və Atropatena dövlətlərinin formalaşmasında və inkişafında
Qarqar boylarının böyük rolu olmuşdur.

 Xocalı rayonu ərazisindəki Əsgəran qalası XVIII əsrdə
Qarqar çayının sağ və sol sahillərində Qarabağ xanı Pənahəli xan tərəfindən
tikilib.İki istehkamdan ibarət qala çay daşından inşa olunmuşdur. Yeri
gəlmişkən, 1810-cu ildə Rusiya ilə İran arasında sülh danışıqları Əsgəran
qalasında aparılmışdır. Əsgəran sözünün mənası "Qədim Aran" deməkdir. Tarixi
  faktlar sübut edir ki, Xocalı rayonu ərazisi Azərbaycanın ən qədim, qocaman
  diyarlarından biridir. Aparılan araşdırmalar göstərir ki, xalqımızın uzaq
  keçmişindən tutmuş bu gününədək olan məşğuliyyəti, sənətkarlığı, dini
baxışları,mədəniyyəti Xocalı toponimiyasında öz əksini  tapmışdır.

ŞƏKİLLƏR

Picture
Picture
Picture
Picture
Picture

ÜMUMİ STATİSTİKA

Picture
Rayonun yaranma tarixi – 26. 11. 1991.
Ərazisi - 0,94 min kv. km.
Əhalinin sayı - 25,3 min nəfər (1 yanvar 2007-ci il).
Əhalinin sıxlığı – 1 kv. km 27 nəfər (1 yanvar 2007-ci il).
Kəndlərin sayı - 50.
Qəsəbələrin sayı - 2.
İri və orta muəssisələrin sayı - 4.
Məktəbəqədər uşaq muəssisələrinin sayı - 1.
Umumtəhsil məktəblərinin sayı - 12.
  Texniki, orta ixtisas və peşə məktəblərinin sayı - 1.
  Xəstəxanalar və tibb muəssisələrinin sayı - 1.
  Mədəniyyət ocaqlarının sayı - 54.
  Xocalı rayonu iləBakı arasında olan məsafə - 375 km.

  Rayon 26 fevral 1992-ci ildə ermənilər tərəfindən işğal edilmişdir.

  Rayon ərazisindən uzunluğu 32 km olan birinci kateqoriyalı şose yolu və Bakı-Xankəndi dəmir yolu kecirdi.

  «Xocalının səsi» rayon qəzeti 1991-ci ildən nəşr edilir.


Ünvan: Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsi,  Telefon: (+994 2224) 7 46 53
Bütün hüquqları qorunur. © Xocali MKS - 2012
Powered by Create your own unique website with customizable templates.