Xocalı Mədəniyyət və Turizm Şöbəsi
Xocalı Mərkəziləşdirilmiş Kitabxana Sistemi
Bizi izləyin
  • Baş səhifə
  • Şöbə haqqında
  • Haqqımızda
  • Tədbirlər
  • E-kataloq
  • Bizə yazın
  • Foto Qalareya
Picture

XOCALI FACİƏSİ HAQQINDA KİTABLAR

Picture
Picture
Picture
Picture
Picture
Picture

ƏSRİN FACİƏSİ

Picture
 Azərbaycan xalıqının XX əsrdə üzləşdiyi dəhşətli  faciələrdən biri də Xocalı soyqrımıdır. Xocalı faciəsi Xatın, Lidisa, Oradur soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaydır.

  1992-ci il  fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri, Azərbaycanın  Dağlıq Qarabağ ərazisindəki erməni silahlı dəstələri, keçmiş SSRİ-nin  Xankəndindəyerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının
bilavasitəiştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini  zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırım siyasətini həyata  keçirmişdir.

 Xocalının işğalı zamanı bir gecədə dinc əhalidən 613  nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə öldürülmüş, insanların başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarınları süngü ilə deşik-deşik edilmişdir. Hücumda həmçinin mayor Oqanyan
  Seyran Muşeqoviçin (Seyran Oqanyan hazırda Dağlıq Qarabağda ermənilərin  qeyri-qanuni rejiminin «müdafiə naziri»dir) komandanlığı altında 366-cı alayın
  2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyonun, 1 saylı
batalyonun qərargah rəisi Çitçyan Valeriy İsayeviç və alayda xidmət edən 50-dən
  artıq erməni zabit və praporşik iştirak etmişdir. («Xocalının işğalına dair  istintaq materiallarından»)
 
Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq  istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmişdir. Rusiyanın «Memorial» hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama  Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyidi gətirilmiş, onlarla
  meyidin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyid (130
  kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından
  keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə
güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt
  alətlə vurularaq öldürülmüşdür. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin
  soyulması faktını da qeydə almışdır.


XOCALI SOYQIRIMI HAQQINDA MƏLUMAT

Picture


 Şəhid olanlar - 613 nəfər.

 Uşaq - 59 nəfər
 
Qadın - 106  nəfər
 
Qoca - 70  nəfər
 
Diri-diri yandırılanlar - 3 nəfər
 
İşgəncə və amansızlıqla qətlə yetirilənlər - 56 nəfər
 
Hər iki valideynini itirmiş uşaqlar - 25 nəfər

Naməlum şəxslər - 11 nəfər

Tamamilə məhv edilmiş ailələr - 8 ailə
 
Əsir götürülmüş və aqibəti məlum olmayanlar - 155 nəfər


X O C A L I   S O Y Q I R I M I   F O T O L A R D A


Ünvan: Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsi,  Telefon: (+994 2224) 7 46 53
Bütün hüquqları qorunur. © Xocali MKS - 2012
Powered by Create your own unique website with customizable templates.